!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada döyüşən azərbaycanlıdan şok açıqlamalar… – “İŞİD Azərbaycanda…”

!Reklam – Yazi

38109Suriyada mövcud hakimiyyətə qarşı döyüşən azərbaycanlılardan Mahmud Azəri türk mediasına müsahibə verib. Özlərinin İŞİD-lə heç bir bağlantısının olmadığını bildirən M.Azəri “Timetürk” saytının Orta Şərq üzrə təmsilçisi Furkan Azəriyə həm Azərbaycan, həm də regional bağlı danışıb.

Yenicag.az bildirir ki, əslən Bakıdan olan 30 yaşlı döyüşçü 2007-ci ildə İqtisad Universitetini bitirib.  2009-cu ildə Əfqanıstana gedərək Talibana qoşulan M.Azəri daha sonra Suriyaya keçib.   

Suriyada Əsədlə yanaşı İŞİD fitnəsinə diqqət çəkən müsahib “İŞİD ilk başda buradakı müsəlman döyüşçülərin qanını halal görmürdü. Ancaq indi açıq şəkildə müsəlmanları kəsirlər. Onlar artıq sadəcə Suriyada deyil, dünyanın hər yerində müsəlmanlara zərər verirlər. İŞİD islam öndərlərinə sui-qəsdlər təşkil edərək, müsəlmanların birlik və bərabərliyini pozur. Adını xilafət qoyan bir qrup müsəlmanları parçalayır. Əvvəllər Suriyaya gələn əcnəbilərə hörmət vardı, İŞİD bu etibarı məhv etdi”.

“Əlimizdə media gücü olmadığına görə, bizi terrorçu hesab edənlərə dərdimizi anlada bilmirik. Xüsusilə gəldiyimiz torpaqlara, Qafqazlara məqsədlərimizi anlada bilmirik. Ancaq onlar əllərindəki güclü media imkanlarından istifadə edərək, geniş təbliğat aparır və Qafqaz gənclərini öz sıralarına çəkilərlər” deyə, qeyd edən Mahmud Azəri  “Oraya gedən cahil gənclər sonra belə nəyin baş verdiyini anlamırlar. İslama xidmət etdiklərini sanır, ancaq zərər verirlər”, deyə qeyd edib.

“Suriyada Əsəd qalmayıb, Hizbullah-İran-Əsəd ittifaqı var” deyən Mahmud Azəri  “Bu gün Azərbaycandan gələnlərin böyük əksəriyyəti İŞİD-ə qoşulub, təkfirçi olublar. Bu səbəbdən də insanlar elə düşünür ki, Suriyaya gələnlərin hamısı İŞİD-çidir. Xeyr. İŞİD-ə qoşulmayan, təkfirçi olmayan xeyli insan var” deyib.

Azərbaycanlıların İŞİD-ə meyllənməsində cəhaləti əsas faktor sayan M.Azəri “Təəssüf ki, islami dəvət Azərbaycana bu şəkildə çatdırılıb. İslam alimləri, dəvətçilər çox azdır. Dini öyrədəcək mədrəsələr yoxdur, məscidlər bağlıdır. Bunların hamısı İŞİD tələsinə düşmə səbəbləridir. Cahil, dindən anlamayan insanları yalan vədlərlə aldatmaq daha asandır”.

“İnsanlar pul üçün çox şey edərlər, ancaq ölümə gəlməzlər” deyən döyüşçü Suriyaya getmək üçün pul aldıqları iddiasını da qəbul etmir.

“Suriyadan Azərbaycana dönəndən sonra ölkəni qarışdıracaqlar” iddiasını qəbul etməyən Mahmud Azəri “Mən dörd il Əfqanıstanda qaldıqdan sonra geri döndüm. Ancaq ağlıma belə onu gətirmədim. Biz islamı təbliğ etməyi düşünürük, nəinki qarışıqlıq çıxarmağı. Bizi etibarsızlaşdırmaq üçün bu yalanı yayırlar”, deyə qeyd edib.

Yenicag.az

www.yenicag.az

1536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv