Suriyada döyüşən azərbaycanlıya hökm oxundu

Müəllif: Redaktor

Editor

65730a68-6585-4fd8-8a95-0220e6aed0db1476275766Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Modern.az xəbər verir ki, prosesə hakim Azər Orucovun sədrlik edib.

Məhkəmədə hökm elan olunub. Hökmə əsasən, Z. Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Zöhrab Məmmədov Suriya ərazisindəki «Mühacir Ansar» silahlı birləşməsinin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıb.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır