Suriyada davam edən “Fərat qalxanı” əməliyyatları çərçivəsində Türkiyə ordusunun iki hərbçisi həlak olub.
Yenicag.az xəbər verir ki, Suriyanın Əl-Bab Bölgəsində TSKya qarşı həyata keçirilən hücumda yaralanan 3 əsgər helikopterlə Gaziantep Şahinbey xəstəxanasına gətirilib. Onlardan ikisinin şəhid olduğu xəbəri yayılıb.
Xatırladaq ki, “Fərat qalxanı” əməliyyatları 24 avqustda başlayıb.
www.yenicag.az