Suriyada iranlı general öldürülüb

Müəllif: Redaktor

Editor

404106Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Muhsin Kacariyan öldürülüb.

M.Kacariyan İranın Nişapur şəhəri üzrə İmam Rza adına 1-ci briqada komandanı olub.

Qeyd olunur ki, Bəşər Əsəd rejimin fəal şəkildə dəstəkləyən İran bu günə qədər Suriyada gedən döyüşlərdə, yüksək rütbəli zabitlər daxil olmaqla, yüzlərlə hərbçisini itirib.

Xatırladaq ki, ötən ilin oktyabrında Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Reza Həvari, dekabrında isə Korpusun digər generalı Hüseyn Fədai həlak olub.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir