yenicag.az
yenicag.az

Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 5-i yaralanıb

Suriyada İŞİD-in hücumu nəticəsində 1 türk əsgəri şəhid olub, 5-i yaralanıb

Müəllif: resul

Editor

Türkiyə Silahlı Qüvvələrinin əsgəri Suriyanın şimalındakı hərbi əməliyyatlarda şəhid olub.

Yeniçağ.Az-ın “APA” -ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

İnsident Suriyanın Əl-Bab bölgəsində qeydə alınıb. İŞİD silahlıları türk hərbçilərinin olduğu bölgəni atəşə tutub, 1 əsgər şəhid olub, 5-i yaralanıb.

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə İŞİD-ə qarşı “Firat qalxanı” əməliyyatına 2016-cı il, avqustun 24-də başlayıb.

Yeniçağ.Az

Xəbərlər, Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti