!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Suriyada İŞİD-in səhra komandiri öldürülüb

!Reklam – Yazi

Suriyanın şərqində İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri Əbu Farik əl-Amerikinin meyiti aşkarlanıb.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, onun meyiti Markada yaşayış məntəqəsinin bazarında tapılıb.

Əbu Farik əl-Amerikinin kim tərəfindən öldürüldüyü məlum deyil. Məlumata görə, bu yaxınlarda Suriyanın şərqində naməlum şəxslər tərəfindən İŞİD-in bir neçə yüksək rütbəli üzvü qətlə yetirilib. Ehtimala görə, onları terrorçuların özləri də öldürə bilərdi.

Qeyd edək ki, Əbu Farik əl-Amerikinin ABŞ vətəndaşı olduğu bildirilir.

Yeniçağ.Az

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv