Suriyada yüksək rütbəli İŞİD komandiri məhv edilib

Müəllif: resul

Editor

iwidSuriyada İŞİD terror qruplaşmasının yüksək rütbəli komandiri zərərsizləşdirib.

Yeniçağ.Az APA-ya istinadən verdiyi xəbərə görə, beynəlxalq koalisiya qüvvələrinə məxsus təyyarələrin endirdiyi hava zərbəsi nəticəsində Əbu Cəndal Əl-Küveyti Rakka şəhəri yaxınlığında məhv edilib.

Məlumata görə, adıçəkilən komandir Rakkada təşkilatın ən əsas liderlərindən biri olub. İŞİD tərəfdarları sosial şəbəkələrdə Əl-Küveytinin öldüyünü təsdiqləyib. Rakka şəhəri Suriyada İŞİD terror təşkilatının “paytaxtı” hesab olunur.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır