dunyaya_daes_mesajini_boyle_verdiler_1456141070_3035sf1Suriyada İŞİD terror təşkilatına əks Şam Cəbhəsinin üzvləri əsir götürdükləri şəxslərin videogörüntülərini yayıb, lakin onları öldürməyə hazırlaşarkən fərqli bir üsul nümayiş etdirib və dünyaya mesaj verib.

Suriyada onlarla İŞİD silahlısını əsir alan Şam Cəbhəsi ilk olaraq terror təşkilatının etdiyi kimi əsirlərə narıncı geyim geyindirib. Daha sonra isə onları kamera qarşısında diz çökdürüb. Lakin videonun sonunda Şam Cəbhəsi maraqlı bir aksiya həyata keçirib.

Əsirləri öldürməyə hazırlaşan Şam Cəbhəsi döyüşçüləri əvvəlcə üzlərindəki maskanı çıxarıblar və “Biz öldürmə həvəsində deyilik” mesajı verib. Ardınca Cəbhədə çalışan imam İŞİD silahlılarına moizə oxuyub.

Videogörüntü vasitəsilə Şam Cəbhəsi İŞİD və digər ekstremistlərə mesaj ünvanlayıb: “Dinimiz ədalətdir, İslamımız başımızın tacıdır. Yaxşılıq prinsipimizdir, zülm bizdən deyil, biz də ondan deyilik. Aldadılanlara yaxşılıq nəsihət etdik. Bir nəfsi öldürmənin cəzası əməlin cinsidir. Öldürülənlərin nə filmini çəkərik, nə də kibirli şəkildə görüntülərini yaymaq həvəsində olmarıq. Film çəkməyə ehtiyacımız yoxdur. Qəlbləri sərtləşdirən, inqilabı qaraldan, bizi izləyənləri sevindirən, düşmənlərimizin pisliklərini və intiqam duyğularını artıran görüntülərə ehtiyacımız yoxdur.

Ey ekstremistlər və qaranlığa bürünən İŞİD-çilər, əgər qaranlıq və maska sizin şüarınızdırsa, ağ və olduğu kimi görünmək də bizim şüarımızdır. Dininiz baş kəsmək dinidirsə, bizim dinimiz də islah etmək və dini öyrətmək dinidir”.(Aznews)

https://youtu.be/KiSyk-3HWok

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."