Ads by Google

hightechnic
Ads by Google

doyul18Avtomobil təmiri servisində sürücü ustanı döyüb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “VER” avtomobil servisində qeydə alınıb.

Belə ki, servisdə usta işləyən 1990-cı il təvvəllüdlü Babayev Xəqani Qüdrət oğlu 6 ay əvvəl avtomobilini təmir etdiyi müştərisi ilə mübahisə edib. Müştəri 6 ay əvvəl avtomobilini X.Babayevə təmir etdirdiyini və ustanın əl işindən narazı qaldığını, avtomobilinin hələ də nasaz olduğunu bildirib. X.Babayev isə başqa vaxt gəlməsini təklif edib. Bundan hiddətlənən müştəri X.Babayevin baş nahiyəsinə dəmir alətlə vurub.
X.Babayev xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə onun vəziyyəti ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."