Sürücülərin nəzərinə – Bu yol bağlı olacaq

Müəllif: Redaktor

Editor

Bakının Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq Nəriman Nərimanov küçəsi yenidən qurulur.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu işlər çərçivəsində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti yanvarın 16-dan etibarən məhdudlaşdırılacaq.

Hərəkətin məhdudlaşdırılması yenidənqurma işləri bitənədək qüvvədə olacaq.

Qeyd edək ki, aparılan yenidənqurma işləri çərçivəsində Nərimanov prospektinin 2165 metr uzunluğunda olan hissəsində də tam müasir yol infrastruktur yaradılacaq.

Prospektin hərəkət hissəsinin hazırki eni 7 metr təşkil edir. Layihəyə əsasən 2-5 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 7-17.5 metrə çatdırılacaq. Hər iki istiqamət üzrə 2-3 metr enində səkilər də nəzərə alınmaqla yolun ümumi eni 11-23.5 metr təşkil edəcək.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir