Sürücülər cərimələndi

Sürücülər cərimələndi

Müəllif: Redaktor

Baş Redaktor

402297_465621Tədris ilinin başlaması ilə bağlı bir çox qrumlar yollarda tıxacların aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər həyata keçirdi. Bu 6 gün ərzində dəyişən nələr oldu?

Avtomobil yollarında vəziyyətin bu il bir qədər yaxşılığa doğru dəyişdiyinin şahidi olarıq.

Günün müəyyən saatlarında bəzi mərkəzi yollarda sıxlıq müşahidə edilir, amma bu uzun tıxacların yaranmasına səbəb olmur.

Əgər ötən ilin sentyabr ayı ilə 2015-ci ilin eyni ayını müqayisə etsək ən çox tıxacın müşahidə edildiyi yollarda sürət həddinin artıdığınıda görmüş olarıq.

Təbii ki, bu da həmin yollarda avtomobillər üçün normal hərəkətin təmin edilməsindən xəbər verir. Amma bu o demək deyil ki, problem tam aradan qaldırılıb.

“Tıxac probleminin ən başlıca səbəblərindən biri yollarda avtomobillərin qanunsuz park etməsidir. Bunun nəticəsində avtomobil yolları daralır, hərəkət məhdudlaşır. Bu isə sonda yollarda tıxaca yaranmasın yol açır”, – deyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib.

Məhz bu səbəbdən də 6 gün əzində 3 minə yaxın sürücü cərimə edilib. Təbii ki, tıxacın yaranmasına səbəb təkcə sürücülərin avtomobillərini qanunsuz park etməsi deyil. Tıxaca və sıxlığa səbəb olan digər amillər də var.

Məsələn, bu amilərdən biri paytaxtın avtomobil yollarında təmir-tikinti işlərinin aparılmasıdır. Bu həm də avtomobil sürücülərinin alternativ yol imkanlarını məhdudlaşdırır.

Bu cür fakta isə paytaxtın bir çox küçəsində rast gəlmək olur. Belə vəziyyət isə avtomobillərin hərəkətində məhdudiyyətlər yaradır.

Maraqlısı ondadır ki, təmir işlərini həyata keçirən qrumlar bu işi yay aylarında hərəkətin daha az olduğu vaxtda etməkdənsə, fəaliyyətlərini məhz sıxlığın olduğu bir dövrə saxlayıblar.

Avropa ölkələrində isə bu cür təmir işləri əsasən yay aylarında aparılır. Çünki bir çox müəssisələr işçilərini məzuniyyətə yola salır, təhsil müəssisələrində isə tətil başlanır. Bu da imkan yaradır ki, təmir aparan şirkətin fəaliyyəti kimlərinsə, fəaliyyətsizliyinə səbəb olmasın.(ans)

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti