yenicag.az
yenicag.az

Sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlı olacaq

Sürücülərə XƏBƏRDARLIQ: Bu yol bağlı olacaq

Müəllif: Redaktor

Editor

скачанные файлы (2)Məhəmməd Xiyabani küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu gün saat 10:00-dan 12:00-dək küçənin bir hissəsində hərəkət məhdudlaşdırılacaq.

Qurum tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Məhəmməd Xiyabani küçəsinin Həsən bəy Zərdabi və Abbas Mirzə Şərifzadə küçələri arasında yerləşən hissəsi saat 12:00-dək avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

“Azəryolservis” ASC müvəqqəti narahatçılığa görə vətəndaşlardan üzr istəyir və sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti