Sürücülərə xəbərdarlıq edildi

Müəllif: Redaktor

Editor

14517212992927924159_554x360Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırıb.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, respublika ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar yolların buz bağlaması ehtimalı var və sürücülər buna hazır olmalıdır: “Texniki cəhətdən nasaz olan, əsasən şinlərinin zehləri yeyilmiş avtomobillərin sürücülərindən, eləcə də təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, qarlı-çovğunlu günlərdə nəqliyyat vasitələrindən mümkün qədər istifadə etməsinlər. Buzlu yolda hərəkət edərkən yola çıxmazdan əvvəl avtomobilin əyləc və sükan sistemlərini, təkərlərin vəziyyətini yoxlasınlar. Sürücülərdən tələb olunur ki, hərəkət sürətini, digər avtomobillərlə ara məsafəsini yol örtüyündən və hava şəraitindən asılı olaraq düzgün seçsinlər”.

K. Əliyev qeyd edib ki, hazırda magistral yollarda qar olsa da, bu, nəqliyyatın hərəkətində məhdudiyyət yaratmayıb: “Respublikanın bütün istiqamətlərində yollar nəqliyyatın hərəkəti üçün açıqdır”.

K. Əliyev bildirib ki, istirahət günləri (şənbə-bazar) respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaların hər ikisi piyada vurma ilə bağlı olub. Onlardan biri Bakı şəhəri, digəri isə Bərdə rayonunda baş verib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir