www.sinerjipro.net

SinerjiProWide
Reklam

f89d14be4e08Bakı-Sumqayıt yolunun 12-ci km-də ( “Xırdalan qəbirstanlığı” ) yerüstü piyada keçidinin metal konstruksiyasının quraşdırılması ilə əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət təbiq olunacaq.

“Azeryolservis” ASC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, 17 sentyabr saat 12:00-dan etibarən yolun Bakı şəhəri istiqamətinə doğru olan hissəsi, 18 avqust saat 07:00-dan isə Sumqayıt şəhəri istiqamətinə doğru olan hissəsi hərəkət üçün qısa müddətlik bağlanacaq. Məhdudiyyət sentyabrın 18-dən 19-na keçən gecəyədək tətbiq olunacaq.

Sürücülər alternativ olaraq Xırdalan şəhərinin daxili avtomobil yollarından istifadə etməklə hərəkətlərinə davam edə bilərlər. Belə ki, Sumqayıt istiqamətindən gələn avtonəqliyyat vasitələri 16.5-ci km-dən ( “Vaz dairəsi” ) və ya 13-cü km-dən ( Masazır yol ötürücüsü ) Xırdalan şəhərinə daxil olaraq, daha sonra 11-ci km-də “Xırdalan dairə”nə çıxmaqla hərəkətlərini davam etdirəcəklər. Göstərilən alternativ yolla Bakı istiqamətindən gələn sürücülər də istifadə edə bilərlər.

Yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."