!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sürücülərin nəzərinə – Bu yollar təmirə bağlanır

!Reklam – Yazi

1425036076_1424869951_yol-temirgh4“Formula 1” yarışı ilə əlaqədar Bakıda daha bir necə yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin verilən məlumata görə, Neftçilər prospektinin Rəsul Rza küçəsi və Azadlıq prospekti kəsişmələri arasındakı yolun sağ hərəkət hissəsi yanvarın 3-dən 9-dək, sol hərəkət hissəsi isə yanvarın 10-dan 15-dək asfalt örtüyünün təmirinə bağlanacaq.

Yanvarın 16-sı və 17-də isə Neftçilər prospektinin sözügedən hissəsində asfalt dəyişikliyinin son mərhələsi üçün nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər yanvarın 17-dən 18-ə keçən gecə, bazar ertəsi aradan qaldırılacaq.

Bundan əlavə Neftçilər prospektinin Rəsul Rza və Əziz Əliyev küçələrinin kəsişmələri arasındakı zonada sağ hərəkət hissəsi təhlükəszilik baryerləri üçün bünövrə qoyuluşu səbəbindən yanvarın 2-dən 16-dək bağlı olacaq. Bu yolda avtomobillərin hərəkətinə qoyulacaq məhdudiyyətlər yanvarın 16-dan 17-ə keçən gecə, bazar günü aradan qaldırılacaq.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Qeyd edək ki, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti gələn il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini həyata keçirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

www.yenicag.az

488
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv