yenicag.az

Sürücülük vəsiqələrində dəyişiklik olacaq – Azərbaycanda

Sürücülük vəsiqələrində dəyişiklik olacaq – Azərbaycanda

Müəllif: Redaktor

Editor

kamranAzərbaycanda sürücülük vəsiqələri beynəlxalq standartlara uyğun dəyişdiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Admiral.az-a verdiyi məlumata görə, vaxtı keçən sürücülük vəsiqələri yeni formada veriləcək. Vəsiqələr çip yaddaşla təmin olunur. Bu zaman vəsiqənin shaibi haqqında məlumatlar həmin yaddaşda qeyd edilir. Bu sürücünün digər ölkələrə getdiyi zaman ondan istifadə etməsinə köməklik edir.

Qurum rəsmisi deyir ki, vaxtı bitməyən vəsiqələr də işləyir. Onları etibarlılıq müddəti bitməyənə qədər dəyişməyə ehtiyac yoxdur: “Vəsiqələrin hər birində etibarlılıq müddəti var. Etibarlılıq müddəti bitməyən sürücülük vəsiqələrinin hamısı qüvvədədir”.

Qurum rəsmisi deyir ki, sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün 18 manat dövlət rüsumu vermək lazımdır: “Sürücülük vəsiqələrinin verilməsinə görə, dövlət rüsumu olaraq, 18 manat ödəmək lazımdır. Vəsiqələrin dəyişdirilməsi zamanı da, 18 manat ödənilməlidir”.

Qeyd edək ki, sürücülük vəsiqələri ilə bağlı başqa bir yenilik də var. Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulunu təmin edib.

Nazirlikdən verilən məlumata görə, Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Quba daxil olmaqla 8 bölgədə səyyar xidmət qurupu yaradılıb.

Artıq 17 rayondan 170 nəfər vətəndaşın sürücülük vəsiqələri dəyişdirilib. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə digər bölgələrində də səyyar xidmətlər keçiriləcək.

Cəmiyyət, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti