!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sütlücədə Bakı fatehinin adı əbədiləşdiriləcək

!Reklam – Yazi

Nuru paşa parkı ilə bağlı verilən qərar İstanbul Böyükşəhər Bələdiyyə Məclisində qəbul edildi.

İstanbul Böyükşəhər Bələdiyyəsi Sütlücə bölgəsindəki parka Bakı fatehi kimi tanınan türk müdafiə sənayesinin qurucusu Nuru paşanın (Nuru Killigil) adını vermək qərarına gəlib.

Yenicag.Az-ın əldə etdiyi məlumata görə, təxminən iki aydır ki, gündəlikdə olan qərar bələdiyyə məclisində yekdilliklə qəbul olunub. Nuru Killigilin adını daşıyacaq parkın yerində 1949-cu ilin mart ayında partladılan və Nuru paşanın 27 işçisinin şəhid olduğu silah fabriki olub.

Osmanlı İmperatorluğu ordusunun sonuncu baş komandiri Ənvər paşanın qardaşı Nuru Killigil 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusunun başçısı kimi Bakını ermənilərdən təmizləyən komandir olaraq tarixə düşüb. O, həmçinin 1930-cu illərdə Mustafa Kamal Atatürkün razılığı ilə özəl sektor silah sənayesinin əsasını qoyması ilə də tanınır. İstanbul Sütlücədə silah fabriki partladıldıqdan 20 gün sonra Fələstindəki idealist müsəlmanlara silah yardımı edən Nuru Killigilin nəşi Haliç körfəzində tapılsa da İstanbul müftiliyi meyit torpağa tapşırılarkən cənazə namazı qılınmasına icazə verməmişdi. Nuru paşa və silahdaşlarının dəfn edildiyi Ədirnəqapı Xiyabanında paşanın məzarı yenidən bərpa edilmiş və 28 sentyabrda cənazə namazı qılınmışdı.

Yenicag.Az-ın məlumatına görə, Nuru Killigil parkının açılışı ilə bağlı bütün rəsmi proseduranı İstanbul valiliyi öz üzərinə götürüb. Bundan başqa türk silah sənayesinin nümayəndəsi parkın açılmasına böyük bir dəstək verib. İstanbulun Haliç sahilindəki Sütlücə bölgəsində Nuru Killigil parkının salınması ilə bağlı işlər tez bir zamanda başlayacaq.

Yenicag.az

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv