Xəzər dənizində batan qızın cəsədi tapılıb.

Yenicag.az “Report”a istinadla xəbər verir ki, Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı deyilən Qax rayon sakini, 1990-cı il təvəllüdlü Arzu Nazim qızı Hacızərovanın cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb.

Gənc qızın cəsədi doğulduğu Qax rayonuna gətirilib.

27 yaşlı qızın nişanlı olması məlum olub. Nişanlı cütlük – Qax sakinləri 27 yaşlı Arzu Hacızərova və 30 yaşlı Rahib Məmmədov dünən dənizdə çimmək üçün Şüvəlan çimərliyinə gediblər. A.Hacızərova güclü dalğalar səbəbindən dənizdə batıb, R.Məmmədovu isə dalğalar sahilə atıb. R.Məmmədov müxtəlif bədən xəsarətləri alsa da, sağ qalıb.

Qax sakinlərinin verdiyi məlumata görə, bir ay əvvəl onların nişan mərasimi olub. Yaxın vaxtlarda cütlüyün toy mərasimi olacaqdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38209
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."