!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv
Etiketlər

müsahibə

müsahibə etiketinə aid xəbərlər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə AzTV-yə müsahibə verib. Düşünürəm ki, hər bir ölkənin müdafiə nazirinin verdiyi geniş müsahibə müzakirə mövzusuna çevrilir və çevrilməlidir. Azərbaycanda, nədənsə, belə müzakirələr açılan kimi dərhal biriləri ortaya çıxır, tənqid edənləri topa tutur. Müxtəlif arqumentləri də var. Misal üçün, müdafiə nazirini tənqid etmək üçün, gərək, mütləq general, ya da hərb elmi üzrə akademik olasan. Bu tip adamların düşüncəsinə görə, Lenini tənqid etmək üçün SSRİ qurmalıyıq...

Xatırladaq ki, 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq özəlləşdirmə çeki verilib. Qəbul olunan qərara əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır. 1997-ci ildə Əmlak Komitəsinin 222 nömrəli əmri ilə bir özəlləşdirmə payının qiyməti 2000 ABŞ dollarında hesablanıb. Bu gün özəlləşdirmə çekləri tədavüldə olmasa da, vətəndaşlar bunun qanunsuz olduğunu bildirirlər. Ona görə də əlində çeki qalan şəxslər hüquqlarının bərpa olunacağı günü gözləyirlər. Hətta çek sahibləri ölkə başçısı İlham Əliyevə açıq məktubla müraciət ediblər.

Azərbaycan xalqı beynəlxalq ədalətsizlik və “ikili standartlar” siyasətinə baxmayaraq 30 il ərzində masa arxasında öz həllini tapa bilməyən Qarabağ problemini 44 gün ərzində həll etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusu öz tarixi torpaqlarını işğalçılardan azad edərək tarixi ədaləti, öz ərazi bütövlüyünü bütövlüyünü bərpa etdi. Müəyyən qüvvələr qəbul edə bilməsə də Azərbaycan Şanlı Zəfəri ilə regionda yeni reallıq yaratdı.