Svetlana Bayramova: "Vəzifə-filan arzulamamışam, amma deputat olmaq istəmişəm"... - Məşhur şairin bacısı ailə sirlərini açdı Yeni Çağ Media Qrupu Yanvar 13, 2017 1.6 K Qulam kişi narahat idi. Çünki bilirdi ki, sevimli qadını bar-həmlini yerə qoymaq ərəfəsindədir. İşlədiyi İmişli rayonundan sübh tezdən çıxmışdı. Bakıya, doğma Əmircana vaxtında çatmaq istəyirdi. Zarafat deyildi, 7-ci övladı dünyaya gəlirdi.