!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tağı Əhmədov danışdı: “Metrostansiyaların çıxışlarındakı 1200 obyekt sahibindən..."

!Reklam – Yazi

Dünən Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov sensiyalı açıqlama verib. O, Tağı Əhmədovun keçmiş metropoliten rəisi olduğu vaxtlarda ölkə büdcəsindən pullar mənimsəməsi, ölkə daxilində və xaricində obyektlərinin, ticarət mərkəzlərinin olması ilə bağlı fikirlər səsləndirib. Hətta bununla bağlı siyahı da təqdim edib.

Məsələ ilə bağlı Yenicag.az Tağı Əhmədovla əlaqə saxlayıb.

Bakı Metropoliteninin sabiq rəisi Çovdarovun iddialarına sərt münasibət bildirib:

“Bu qədər saytlar, qəzetlər yazır. Jurnalistlərin heç nədən xəbəri yoxdur. İstədiklərini deyirlər. Çovdarovun dediyi metrostansiyaların çıxışlarındakı 1200 obyekt sahibindən bir qəpik də almamışam. Bu barədə müstəntiqlərin araşdırmaları da var. O adam da nə danışır özü bilər, mən ona bir kəlmə də cavab verməyəcəm. Çovdarov mənəviyyatsız adamdır. Bütün bunlar yalan, böhtandır”.

Qeyd edək ki, məsələyə bu gün Tağı Əhmədovun xanımı S. Əhmədova da münasibət bildirib. O, AzVision.az-a açıqlamasında həbsdə olan generalın Tağı Əhmədovun xaricdə mülklərinin və milyonlarla dollar dəyərində sərvətinin olması barədə məhkəmədə səsləndirdiyi fikirlər şər-böhtan adlandırıb.

Cəvahir
Yenicag.az

www.yenicag.az

1330
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv