Tahir Kərimli neftçilərə abidə qoyulmasına qarşı çıxdı – Özəl

Tahir Kərimli neftçilərə abidə qoyulmasına qarşı çıxdı – Özəl

Müəllif: Baş Redaktor

Baş Redaktor

Tahir_kerimliyenicxcx “Neftçilərə əlahiddə abidə qoyulmasının aktuallığını, nədən irəli gəldiyini başa düşə bilmirəm”

“Günəşli” yatağının 10-cu özülündə baş verən yanğın hadisəsindən sonra bir sıra təkliflər səsləndirilir. Belə bir təklifdə bulunanlardan biri də millət vəkili Zahid Orucdur. Z. Oruc ölkəmizdə dənizçi və neftçini əks etdirən abidənin olmasının vacibliyini vurğulayıb: “Azərbaycan bir dəniz dövlətidir. Eyni zamanda neftin çıxarılması ilə yüz illərdir ki, öyünürük. Ancaq dənizçi və neftçini əks etdirən abidəmiz yoxdur”.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Tahir Kərimli nefçilər üçün ayrıca bir abidənin ucaldılmasına ehtiyac olmadığını söylədi: “Neçə illər bundan əvvəl Norveçdə bütöv bir platforma qəza nəticəsində suyun dibinə qərq olmuşdu. Bu zaman da çoxsaylı insan itkisi oldu. Ona görə də Norveçdə həmin platformanın şərəfinə bir muzey təşkil etmişdilər. Ola bilər ki, Zahid Oruc neftçilərə abidə qoyulması təklifini irəli sürərkən belə bir anologiya aparıb. Vaxtilə Neftçilər prospektində neftçilərin şərəfinə bir abidə olub. Azərbaycan tarixən neftçilər ölkəsidir. Dünyada dənizdə ilk dəfə neftin çıxarılması işi Neft Daşlarında baş verib. Bu mənada Neft Daşlarının özü əslində böyük bir abidədir. Amma bilmirəm, hansı aspektdən neftçilərə ayrıca bir abidə qoyulmalıdır? Onda hər bir sahəyə, səhiyyə işçiləri, müəllimlər üçün ayrıca bir abidə ucaldılmalıdır. Ancaq özüm-özlüyümdə neftçilərə əlahiddə abidə qoyulmasının aktuallığını, nədən irəli gəldiyini başa düşə bilmirəm. Bu məntiqlə iri pambıqçılıq təsərrüfatına malik Özbəkistanda pambıqçılara da heykəllər qoyulmalıdır.  Z. Orucun bu təklifini tam anlaya bilmirəm, zəruriliyini dərk etmirəm”.

ELÇİN

Gündəm, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti