Yazı İçi 468×60

cingiz-tahir“Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin fikirlərinə münasibət bildirib. Abdullayev son açıqlamasında iddia edib ki, onun gəlişinə qədər klubun ancaq futbolçu və məşqçi heyəti yeməklə təmin olunurmuş: “Lakin indi xadimədən tutmuş, gözətçiyə kimi, bütün işçilərə hər gün pulsuz yemək verilir”.

Komanda.az xəbər verir ki, Süleymanov Abdullayevin bu fikirinə “Xəzər” TV-də yayımlanan “Futbol saatı” verilişində sərt cavab verib. O, Çingiz Abdullayevi yalan danışmaqda ittiham edib:

“Hörmətli Çingiz Abdullayevdən xahiş edərdim ki, əsası olmyan informasiyalar yaymaqla məşğul olmasın. Bizim dövrümüzdə “Neftçi”də çalışan bütün işçilər klubun hesabına nahar edib. Sadıq Sadıqovun dövründə “Neftçi”də çalışan istənilən adamı tapın, qoy çıxıb desin ki, bu, belə deyil. Belə bir şeyin olması mümkün deyil.

Çingiz Abdullayev, sizin üçün ayıbdı. Bu populizmdi. Deputat Zahid Oruc Çingiz Abdullayevin cavabını verib. Hörmətli yazıçımız populist çıxış edərək deyib ki, 4 uşağı olan “Neftçi”nin işçisini işdən qova bilməyib. Elə isə klubun yeməkxanasında çalışmış 5 işçini kim qovub?

“Neftçi”dəki rəhbər dəyişikliyindən sonra nə qədər adam işsiz qaldı. Əvəzində klub rəhbərliyinə yaxın bir restoranla müqavilə bağlandı və həmin restoran kluba hazır yemək göndərir. Çox təəssüf ki, yeməkxana personalı hamılıqla işdən qovuldu. Görəsən, Çingiz Abdullayev onların işdən qovulması haqda əmrə qol çəkəndə və o qədər insanı işsiz qoyanda vicdanı sızlamadı?”

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."