Taksi sürücülərinə bəd xəbər

Taksi sürücülərinə bəd xəbər

Müəllif: Redaktor

Baş Redaktor

Taxi6Azərbaycan Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətində (DANX) taksi sürücülərinin fəaliyyətində keyfiyyətin yüksəldilməsini təmin etmək məqsədilə bir sıra tədbirlər planı müzakirə olunub.

Qurumdan daxil olan məlumata görə, ümumi istifadədə olan sərnişin avtonəqliyyat vasitələrinin, o cümlədən taksi minik avtomobillərinin müvafiq texniki normaların və standartların tələblərinə uyğunluğunun və texniki cəhətdən saz vəziyyətdə olmasının müəyyən edilməsi üçün taksi daşımaları fəaliyyəti göstərən avtonəqliyyat vasitələri rübdə bir dəfə texniki müayinədən keçirilərək müvafiq sənədlərlə təsdiq edilməlidir.

Həmçinin, taksi fəaliyyəti ilə məşğul olan sürücülər fəaliyyət növü üçün ayda bir dəfə fərqlənmə nişanı aldığı vaxt, 5 AZN məbləğində taksi dayanacağı üçün aylıq ödənişi xəzinəyə ödəyərək Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən bütün taksi dayanacaqlarından və yolun nəqliyyat vasitələrinin hərəkətinə mane olmayan hissəsində sərbəst istifadə edə bilərlər(aznews).

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti