285809_465627Şamaxıda qanunsuz sərnişindaşımaya qarşı reyd keçirib. Reyd zamanı bir sıra qayda pozuntusuna rast gəlinib.

Şamaxıda keçirilən reyd zamanı bəzi sürücülərin nəqliyyat vasitəsini sənədsiz idarə etməsi məlum olub. Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Şamaxı Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi reyd zamanı bir sıra qayda pozuntusu aşkar edilib.

Qayda pozuntusuna yol verən 16 sürücü cəzalandırılıb. Bunlardan bir qismi yerindəcə cərimələnib, bir neçə avtomobil cərimə meydançasına aparılıb. Bəzi sürücülər vəzifəsini yerinə yetirən məmurlarla mübahisə etməkdən çəkinməyib. Elələləri də olub ki, göz görə-görə sərnişin daşımadadığını iddia edib.

Reyd zamanı həyacanlı anların da şahidi olduq. Saxla əmrinə tabe olmayan sürücülərdən biri avtomobili müfəttişlərin üzərinə sürməkdən çəkinməyib. Cəzaya qarşı daha aqressiv reaksiya verən bəzi sürücülər isə reyd işıqlandırmaq üçün ərazidə çəkiliş aparan əməkdaşlarımıza mane olmağa çalışıb.

Belə reydlərin davamlı surətdə aparılacağı nəzərdə tutulur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."