www.sinerjipro.net

SinerjiProWide
Reklam

84f26e1ed4d0ce9932a9ce12dd9d5af4Bakıda taksi sürücüsü bıçaqlanıb. Yenicag.az xəbər verir ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsində “Vaz 2107” markalı 10 EE 955 nömrə nişanlı şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən Qarayev Xaliq Allahverdi oğlu hücuma məruz qalıb. Naməlum şəxs taksi sürücüsünü bıçaqlayaraq ondan pul tələb edib. Hadisəni törədən şəxs niyyətinə nail ola bilməyib. Polis əməkdaşları quldurluqda şübhəli bilinən Əhmədov Əli Süleyman oğlunu yaxalayaraq istintaqa təhvil verib.

Oxşar hadisə Ramana qəsəbəsində də qeydə alınıb. Şəxsi avtomobili ilə taksi fəaliyyəti göstərən Mürsəliyev Ramil Eldəniz oğlu rayonun Ramana qəsəbəsində müştərisi tərəfindən bıçaqlanıb.

Qarın nahiyəsindən bir bıçaq zərbəsi alan yaralı 3 saylı şəhər xəstəxanasına aparılıb və əməliyyat olunub. Cinayəti törədən şəxs R.Mürsıliyevə məxsus avtomobili sürərək uzaqlaşıb. əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 41
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."