!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi sürücüsünü qətlə yetirən "müştəri" saxlanılıb - Fotolar

!Reklam – Yazi

Taksiyə müştəri kimi əyləşib sürücüyə qarşı quldurluq edən şəxs saxlanılıb.

Yenicag.az xəbər verir ki, hadisə yanvarın 17-si saat 18:30 radələrində Şəmkirin Seyfəli kəndində baş verib. 21 yaşlı Eşqin Murtuzov yaşadığı kəndin ərazisində əyləşdiyi taksinin sürücüsü Namiq Babayevə qarşı quldurluq edib. VAZ 2107 markalı maşının sürücüsünə hücum edən gənc 59 yaşlı kişiyə kəsici alətlə ağır bədən xəsarətləri yetirib. Bundan sonra sürücünü avtomobildən düşürən Eşqin Murtuzov onun mobil telefonunu və nəğd pulunu quldurluq yolu ilə ələ keçirib. Avtomobili isə qarşılıqlı razılıq əsasında həmkəndlisi Kamal Kərimova satıb. Saxlanılan Eşqin Murtuzov ifadəsində “Kamala dedim ki, oğurluq maşın var, sənədi yoxdur. O da razılaşdı. Maşını 500 manata satıb Gəncəyə getdim”.

Namiq Babayevi yaralı halda ilk olaraq yanacaqdoldurma məntəqəsinin işçiləri aşkarlayıb. Yaralı ilk olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə özəl tibb müəssisələrindən birinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 3 gündən sonra o xəstəxanada dünyasını dəyişib. Cinayəti törədən Eşqin Murtuzov isə saxlanılıb.

Müstəntiq Mehrab Məmmədov bildirib ki, “Şəmkir rayon polis şöbəsi əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində həmin avtomobil hadisədən dərhal sonra Kamal Kərimovun yaşadığı həyət evində aşkarlanıb. Cinayəti törədən Murtuzov Eşqin Firuddin oğlu saxlanılaraq məhkəmənin qərarı ilə barəsində həbs qəti imkan tədbiri seçilib”.

Yenicag.az

www.yenicag.az

756
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv