!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksi xidmətində ƏDV vergisi - Kimlər işsiz qalacaq?

!Reklam – Yazi

Banklar dekabrın 1-dən etibarən xarici taksi şirkətlərinə kartla ödəniş zamanı 18% əlavə dəyər vergisi tətbiq edəcək. Artıq bu haqda banklar tərəfindən müştərilərə mesajlar göndərilir.

Mesajda bildirilir ki, ölkə daxilində xarici taksi xidmətlərinə (Uber, Taxify və s.) kartla ödəniş zamanı 18% ƏDV tətbiq ediləcək.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bu tətbiqin bazarda bir çox şirkətlərin itirilməsinə gətirib, çıxaracağını deyib. O bildirib ki, bununla bağlı öncədən şirkətlərə xəbərdarlıq edilməli və müəyyən zaman tanınmalı idi:

Natiq Cəfərli

“Əslində verginin tətbiq olunması normal prosesdir. Lakin bu vergi tətbiq edilməmişdən öncə onun hazırlanması üçün zəmin yaradılmalı və şirkətlərə müəyyən vaxt verilməli idi. Həmçinin bununla yanaşı əhaliyə əlavə dəyər vergisinin tətbiq olunacağı ilə bağlı əvvəlcədən xəbərdarlıq edilməli idi. Lakin təəssüflər olsun ki, bununla bağlı heç kimə öncədən məlumat verilməyib. Görünən odur ki, dekabrın 1-dən tətbiq edilən bu sistem bir çox şirkətləri çətin vəziyyətdə qoyacaq. Artıq ayın əvvəlinə bir neçə gün qalmış banklar müştərilərə yeni tətbiqlə bağlı mesajlar göndərməyə başlayıb.

Taksi xidməti rəqabətli mühit şəraitində fəaliyyət göstərən sahələrdəndir. Bu da devalvasiyaya, benzinin qiymətinin artmasına baxmayaraq, bazara çox pozitiv bir şəkildə təsir edir. Buna səbəb isə rəqabətli mühitin olması və fəaliyyət göstərən şirkətlərin sayının çox olmasıdır. Anidən vergilərin tətbiq olunması isə bazarda bir çox şirkətlərin itirilməsinə və yaxud aradan çıxmasına səbəb ola bilər. Belə olduqda isə ölkədə rəqabətli mühit azalmış olacaq. Yəqin ki, Vergilər Nazirliyi məsələ ilə bağlı öz mövqeyini bildirəcək. Həmçinin nəzərə alaq ki, Azərbaycanda kartla ödəniş sistemi də çox zəif inkişaf edib”.

Ekspert həmçinin fərdi qaydada fəaliyyət göstərəcək taksi xidmətlərinin qiymətində dəyişikliklər edilib-edilməyəcəyi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Onların taleyi məlum məsələdir. Fərdi qaydada fəaliyyət göstərən taksi xidmətlərinə lisenziyalar verilir və bu da vergi ödənişi kimi nəzərə alınır. Lakin həmin şirkətlərdə qeydiyyatla bağlı problemlər yarana bilər. Çünki Azərbaycanda daha çox nəğd ödənişlərə üstünlük verilir. Buna görə də şirkətlərə anidən belə tələblərin qoyulması ciddi şəkildə problemlər yaradacaq. Əgər onlar bazardan çıxsa, ölkədə işsizliyin artmasına və işçi qüvvənin azalmasına səbəb ola bilər. Məhz bundan sonra taksi xidmətlərində müəyyən dərəcədə qiymət artımının yarandığını müşahidə etmiş olarıq. İstənilən vergi və gömrük ödənişlərinin artırılmasının son zərbəsi vətəndaşa dəyir”.

Elvin Paşazadə

www.yenicag.az

2393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv