www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakı Nəqliyyat Agentliyinin paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə təklif ünvanlayıb. Agentlik bunun sözügedən sektorda rəqabəti gücləndirmək, müştərilərin hüquqlarını müdafiə etmək üçün edildiyini bildirib.

Görəsən, taksilər üçün vahid tarif sisteminin tətbiqinə nə dərəcədə ehtiyac var? Bu addımın atılması həqiqətənmi rəqabəti gücləndirəcək?

Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yeniçağ.az-a açıqlamasında bildirdi ki, ilkin mərhələdə vahid tarif sisteminin tətbiqi səmərəlik əmsalı baxımından vacibdir. Ancaq sonrakı mərhələlər üçün həmin sistemin mövcudluğu rəqabət mühitinin zəifləməsinə gətirib çıxara bilər:

“Azərbaycanda indiki şəraitdə taksilar üçün vahid tarif sisteminin tətbiqi səmərəli ola bilər. Çünki hazırda taksi xidməti sahəsində qarışıqlıq hökm sürür. Ona görə də bu sahənin nizama salınması üçün ilk mərhələdə vahid tarifin tətbiqi səmərə verə bilər. Amma sonrakı mərhələlərdə, problemlər həllini tapandan, qaydasına düşdükdən sonra vahid tarif sistemindən əl çəkmək lazımdır. Çünki onun qalması rəqabətin buxovuna çevriləcək. Hazırkı durumda isə vahid tarif sisteminin tətbiqi sözügedən sahədə qayda-qanun yaradılmasına xidmət edəcək. Düzdür, özəl taksi fəaliyyətilə məşğul olmağın qarşısının alınması tərəfdarı deyiləm. Lakin taksi şirkətlərinin inkişafı daha vacibdir və diqqəti daha çox məhz onlara ayırmaq gərəkdir. Bu səbəbdən də indiki halda taksilər üçün vahid tarif sistemi olmalıdır. Hazırda taksi sürücüləri əksər hallarda müştərini aldadır, ondan getdiyi yola görə daha çox vəsait alır. Qaydaların bərpa olunması üçün isə istinad sənədi olmalıdır ki, vahid tarif sisteminə də bu baxımdan yanaşmaq olar. Bu halda sərnişin “A” nöqtəsindən “B” nöqtəsinə taksi ilə getməyə görə nə qədər vəsait ödəməli olacağını biləcək. Bu sahədə hələlik formalaşma prosesi gedir. Onun başa çatmasına qədər də ən azından paytaxt taksiləri üçün vahid tarif sistemi tətbiq olunmalıdır”.

ELÇİN

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 51
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."