!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksilərdə yeni cihazlar quraşdırılacaq

!Reklam – Yazi

taxi-services55Gələn ilin mart ayından Bakıda fəaliyyət göstərən taksilərdə GPS, taksometr və naviqasiya aparatlarının quraşdırılması prosesinə başlanılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, mart ayından taksilərin ilkin siyahısı müəyyən olunacaq: “Mart ayından müəyyən ediləcək ki, birinci hansı aparatlar, hansı taksilərə quraşdırılsın”.

N.Allahyarova qeyd olunan aparatların kimin hesabına quraşdırılması məsələsinin gələcəkdə müzakirə olunacağını bildirib.

Onun sözlərinə görə, bu cihazlar vasitəsilə taksilərin ümumi fəaliyyətinə nəzarət etmək mümkün olacaq: “Bu cihazlar həm də ona görə quraşdırılır ki, taksilər yüksək texnologiyalardan istifadə etməklə sərnişinlərə normal xidmət göstərsinlər”.

 

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv