!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Taksilərə şad xəbər

!Reklam – Yazi

Ovacik-Taksi-Duragi3706Taksi sürücüləri, yük avtomobilləri və avtobus sahibləri bundan sonra lisenziya almayacaq.

Bu barədə məlumat Prezident İlham Əliyevin lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında fərmanında yer alıb.

Belə ki, Azərbaycanda neft və qaz məhsullarının satışı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə əksini tapıb.

İndiyə qədər neft və qaz məhsullarının satışı üçün Energetika Nazirliyindən 5500 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb. Eyni zamanda şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, şəhərlərarası (rayonlararası) sərnişin daşımaları, beynəlxalq sərnişin daşımaları, taksi minik avtomobilləri ilə sərnişin daşımaları, ölkədaxili yük daşımaları üçün 150 manat, beynəlxalq yük daşımaları üçün isə 200 manat dövlət rüsumu ödənilərək lisenziya alınıb. Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növləri əksini tapmayıb.

Siyahıya əsasən, bundan sonra maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı üçün 1100 manat dövlət rüsumu ödənilərək İqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alınmalıdır.

Eyni zamanda Azərbaycanda bank fəaliyyəti sahəsində lisenziyaların verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb. Bundan sonra bank, xarici bankın yerli filialı üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 11000 manat, bank olmayan kredit təşkilatı üçün 550 manat ödənilib.

İndiyə qədər isə müvafiq olaraq bu fəaliyyət sahələri ilə əlaqədar lisenziya alınması üçün müvafiq olaraq 22000 manat və 1100 manat ödənilib.

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv