Taksilərlə bağlı yeni QADAĞALAR

Taksilərlə bağlı yeni QADAĞALAR

Müəllif: Redaktor

Baş Redaktor

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8f-1Azərbaycanda taksilərlə bağlı yeni qadağalar tətbiq ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

Məcəlləyə əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Buna görə, 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti