Ads by Google

hightechnic
Ads by Google

taleh_bagirov1Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda T.Bağırovun apellyasiya şikayəti təmin edilməyib.

Güclü təhlükəsizlik tədbirlərinin görüldüyü prosesdə T.Bağırzadə özü də iştirak edib.
Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Bu gün Bakı Apellyasiya Məhkəməsində “Müsəlman birliyi hərəkatı” adlı təşkilatın sədri Taleh Bağırzadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə qərarından verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçiriləcək.

Hazırda məhkəmə binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Məhkəmə iclasına hakim Əflatun Qasımov sədrlik edəcək.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib(report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 545
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."