!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Taleh Qaraşov kimi vəzifə səlahiyyətlərini tam anlamayan bir şəxs…” – Hərbi ekspert

!Reklam – Yazi

42423423

Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər, ona olan biganəliklə bağlı yayılan xəbərlərə Müdafiə Nazirliyi reaksiya verib. Qeyd edək ki, məsələ ictimailəşəndən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, onu və anasını nazirliyə dəvət ediblər.

Təəssüfləndirici hal odur ki, aidiyyatı qurumlar əsgərin səhhəti ilə bağlı bu vaxta qədər bir tədbir görmürdülər. Yalnız Müdafiə Nazirliyinin yüksək səviyyəli tapşırığı əsasında əsgərin vəziyyəti ilə maraqlanıldı.

Burdan belə bir sual yaranır ki, nəyə görə yalnız  yuxarı instasiyaların tapşırığı ilə bu kimi problemlərə baxılmalıdır. Bəs onda aidiyyatı qurumların, orda çalışan şəxslərin vəzifəsi və səlahiyyəti nədən ibarətdir?

Hərbi ekspert Üzeyir Cəfərov  məsələyə belə münasibət bildirdi: “Ötən ilin yayında ermənilərin Ağdam istiqamətindəki hücumunun qarşısını alarkən ağır yaralanaraq hər iki ayağını itirən Azərbaycan əsgəri Sərxan Tahirzadənin qarşılaşdığı problemlər son günlər ən çox müzakirə olunan mövzulardan biri oldu. Belə ki, sağlamlığını Vətən uğrunda fəda etmiş bir igid əsgərimiz ona olan biganəliklə, saymazyana münasibətlə bağlı öz haqlı narazılıqlarını dilə gətirmişdi. Məsələ mənim tərəfimdən sosial şəbəkə vasitəsiylə daha da geniş ictimailəşəndən sonra müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bu işlə maraqlanmağa başladılar.

Çox sağ olsunlar, Sərxanı və anasını nazirliyə dəvət edib dəyərli qazimizin qarşılaşdığı problemlə bağlı maraqlanıblar. Onun hazırkı vəziyyəti, qayğıları və problemləri ilə maraqlanıblar. Necə deyərlər, bütün bunlar çox yaxşı. Amma, bu iş heç də bütövlükdə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olan məsələ olmadığına görə, bu işlə Əmək Və Əhalinin Sosial Müdafiəsi və Səhiyyə Nazirlikləri məşğul olmalıdırlar. Və ağır xəsarətlər almış və hər iki ayağını itirmiş qazi balamızın hər hansı problem olduğu zaman bununla maraqlanan və bu işləri daim nəzarətdə saxlayan konkret şəxslər olmalıdırlar. Açığını söyləyim ki, Sərxan Tahirzadənin üzləşdiyi problemlərdn sonra Lənkəran İcra Hakimiyyətinin məsul şəxslərinin təkzib xarakterli cavabları da aranı sakitləşdirmək əvəzinə daha da gərginləşdirdi. İcra başçısı Taleh Qaraşovu tərifləməklə dolu olan cavab məktubunda rəsmilər özlərini təmizə çıxartmaq üçün o qədər məsələlərdən bəhs etmişlər ki, adam xəcalətindən o yersiz sözləri dilə gətirməyə belə utanır. Sanki bunlar ailələrinə aparmalı olduqları məvacibi qazi qardaşımız Sərxana sərf etmək görüntüsü yaratmaqla, az qala sağlamlığından məhrum olmuş şəxsi günühlandırmaqdan belə çəkinməmişdilər. Çox təəssüflər olsun ki, Taleh Qaraşov kimi vəzifə səlahiyyətlərini tam anlamayan bir şəxs Vətən uğrunda canını, sağlamlığını qurban vermiş bir əsgər balamızı belə soyuq münasibət bəsləyir. İnşallah, çox tezliklə ölkə başçısı Qarabağ uğrunda döyüşlərdə sağlamlığını itirmiş şəxslərə laqeyidlik göstərən vəzifəli şəxsləri ən sərt formada cəzalandıracağına əminəm. Hesab edirəm ki, qazi və veteranların işləri ilə məşğul olmalı müvafiq dövlət qurumlarının məsul şəxsləri də öz gündəlik fəaliyyətlərində ciddi dönüş yaradacaqlar”.

Kamran

 

 

www.yenicag.az

1004
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv