yenicag.az

Taleh Qaraşovun prezidentə BÖYÜK YALANI

Taleh Qaraşovun prezidentə BÖYÜK YALANI

Müəllif: Redaktor

Editor

????????????????????????????????????

Hələ bir müddət əvvəl dövlət başçısı Lənkəranda səfərdə olarkən bir sıra obyektlərin açılışında iştirak etdi. Həmin vaxt Lənkəranın icra başçısı Taleh Qaraşov dövlət başçısının qarşısında çıxış edərək bildirdi ki, açılışı edilən obyektlərdən biri vasitəsi ilə şəhər əhli fasiləsiz içməli su ilə təmin olunacaq.

Əslində, Taleh Qaraşov bununla dövlət başçısını aldadıb. Belə ki, Lənkəran şəhərinin içməli su ilə təmin olunması üçün nəzərdə tutulan xətt köhnə borulardan çəkilib. Dövlət büdcəsindən bu məqsədlə ayrılmış pulların mənimsənildiyini iddia edən mənbənin sözlərinə görə, məhz bu köhnə borulardan istifadə olunması səbəbindən prezidentin Lənkərana gəlişindən bir gün əvvəl Sütəmurdov kəndi yaxınlığında problem yaşanıb. Daha doğrusu, borunun kəndin yaxınlığından keçən hissəsində baş vermiş problem səbəbindən su bütün şəhərin küçələrini ağuşuna alıb. Bunun səbəbi də o olub ki, həmin borular köhnə olduğundan yüksək təzyiqə davam gətirməyib. Hərçənd icra başçısı müvəqqəti də olsa boruların təmir edilməsi tapşırığını verib. Prezidentin düyməsini basdığı su anbarı isə əslində, heç həmin borudan gələn su olmayıb. Yəni, ayrıca bir böyük çəni su ilə doldutduran Taleh Qaraşov bu şəkildə dövlət başçısını aldadaraq, ona guya, Lənkəranın su ilə təmin olunmasını nümayiş etdirib.

AzFakt.com bizimesr.az-a istinadən xəbər verir ki, boruların köhnə olması səbəbindən yaranmış problemi isə icra başçısı hələ də həll edə bilməyib. Rayonla bağlı daha bir şok məlumat Lənkəranda yenicə istifadəyə verilmiş Gənclər Mərkəzi ilə bağlıdır. Məlumatda deyilir ki, Taleh Qaraşov bu mərkəzin mülkiyyətçisi qismində oğlunun adını qeyd etdirib. Seymur Qaraşovun mülkiyyətində olan həmin mərkəzə isə icra başçısının müavini, şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin oğlunun rəhbər təyin edilməsi nəzərdə tutulub. Daha doğrusu, başçının müavininin bu məqsədlə 30 min dollarından keçdiyinə dair iddialar var.

Amma Taleh Qaraşov bu məsələdə də dövlət başçısını aldadıb. Belə ki, o, Mərkəzin tam hazır olduğunu iddia etsə də, bir gün əvvəl baş vermiş problemi gizlətməyə müvəffəq olub. Məlumata görə, Gənclər Mərkəzinin kanalizasiya və ventelyasiya sistemi demək olar ki, işləmir. Ona görə də, prezident Lənkəranı tərk edən kimi, Mərkəzin dörd bir yanını qazaraq, yaranmış problemi həll etməyə başlayıblar.

Bizimesr.az

Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti