Yazı İçi 468×60

13105930_1014306881996603_1016591149_o-317 (1)Bu gün Bakıda BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun açılışı keçirilib.

“Qafqazinfo”nun mərasimdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da çıxış edib:

“Bu cür savadlı insanları öz ölkəmdə görməkdən şadam. Azərbaycan zəngin mədəniyyətə malik ölkədir. Şərq və qərb üzərində yerləşməsi onun körpü rolu oynamasına təsir edir. Azərbaycan tarixi ipək yolunda yerləşən əhəmiyyətli ölkədir. Bu isə onu tolerant, yeni ideyalara açıq məmləkətə çevirib. Azərbaycanda həmçinin coğrafi məkan baxımından, meşələri, çəmənlikləri, uca dağları ilə zəngin ölkədir. Azərbaycan həm də biomüxtəlifliyə sahib ölkədir. Mən bu ölkəni sevirəm. BMT-nin xoşməramlı səfiri olaraq sizə statistik məlumat verim. FAO (BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı) bütün dünyada aclığın aradan qaldırılmasına calışır. Bu gün dünyada hər 4 saniyədə 1 insan aclıqdan dünyasını dəyişir və onların əksəriyyəti uşaqlardır. Bunun aradan qaldırılması üçün çalışmalıq. Qida zəruri ehtiyac olmaqla yanaşı, mədəniyyətlərarası əlaqənin vacib məqamıdır. Qida təhlükəsizliyi həddən ziyada vacib amildir. FAO BMT-nin svilizasiya alyansı birgə fəaliyyət göstərərək qida təhlükəsizliyini təmin etməlidir. 2011-ci ildə ətraf mühitin qorunması üçün İDEA layihəsinə başladıq. Biz gənclərlə birgə yaşıl, təhlükəsiz və təminatlı cəmiyyət yaratmalı idik. Gənclər öz planetlərinin mühafizəsində rol oynamalı idilər. Son 5 ilde IDEA 5 milyondan çox ağac əkib. Yerli icmalarla işləməyə başlamışıq. Müxtəlif yaşlara malik insanları bu sahəyə cəlb etməyə çalışmışıq. IDEA çərçivəsində fəaliyyət üzücü olmasın deyə kreativ etməyə çalışırıq. Nəsli kəsilməkdə olan bəbir, ceyranlar və Qafqaz bəbirinin qorunmasına çalışmışıq. Ümid Çağdaş Cəmiyyəti böyük sınaqlarla qarşı-qarşıyadır. Taleyimiz sınaqlarla ölçülür.

Hər 5 dəqiqədə 1 fil olur. Belə vaxta gəlib çata bilərik ki, bütün bu heyvan növlərinin nəsli kəsilsin. Artıq fəaliyyət göstərməyin vaxtı gəlib. Gələcəyi daha parlaq, yaşıl şəkildə qurmağa müvəffəq olacağıq.

Gənclər və idman naziri Azad Rəhimov da çıxışında ölkənin gənclərə investisiya yatırmaqda maraqlı olduğunu vurğulayıb. Nazir həmçinin, bu gün dünyada minlərlə gəncin münaqişələr, kimlərinsə işğalçılıq məqsədləri naminə həlak olduğunu bildirib. Gənclərin üzləşdiyi problemlər, ekstremizm, terrorizm sülh çağırışlarına zidd olduğunu deyən nazir gənclərin ölüm xəbərlərini eşitməyin ağrılı olduğunu bildirib. O qeyd edib ki, bütün dünyada qadınlara zorakılığa qarşı mübarizə aparılmalıdır.

Qeyd edək ki, “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçirilən foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonaq qatılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 30
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."