HighTechnic

hightechnic
Ads by Google

1ccb8438e69b6e1808e056006313552a-300x185“Əfqanıstanın “Taliban” hərəkatının lideri Molla Əhtar Mansur əks mövqedə olan səhra komandirləri tərəfindən öldürülüb”.

Bu barədə “Sinxua” agentliyi Əfqanıstan hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb. Molla Mansurun ağır yaralandığı və keçindiyi bildirilir.

“The Australian” qəzeti isə hadisənin səhra komandirlərinin Pakistanın Kvetta şəhərində keçirilən yığıncağında baş verdiyini yazıb. Toplantıda mübahisə yaranıb və söyüş-təhqirlərlə müşayiət olunub. Bəzi şəxslər silaha əl atıblar. Mansurdan başqa, daha 5 səhra komandirinin öldüyü, onlarla şəxsin yaralandığı xəbər verilir.

Lakin “Taliban” hərəkatının sözçüsü Zabiulla Mücahid xəbəri əsassız adlandırıb. Taliban hökumətinin keçmiş xarici işlər naziri Vahid Mujd da informasiyaya şübhə ilə yanaşıb və bunun Əfqanıstan hakimiyyəti tərəfindən talibləri parçalamaq üçün qəsdən yayıla biləcəyini vurğulayıb. Onun fikrincə, əgər Mansur doğrudan da ölübsə, bu, “Taliban”ın sonu ola bilər, çünki ciddi fikir ayrılıqları səbəbindən yeni lider seçmək mümkün olmayacaq. İstisna edilmir ki, bu halda bəzi komandirlər İŞİD-ə biət edə bilər.

Qeyd edək ki, Molla Mansur bu ilin avqustunda Molla Ömərin ölümündən sonra “Taliban”ın lideri seçilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."