www.sinerjipro.net

SinerjiProWide
Reklam

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, balaban ifaçısı Elxan Məmmədov vəfat edib.

Yeniçağ.az Report-a istinadla xəbər verir ki, 67 yaşlı sənətkar uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.

Ötən gün səhər saatlarında dünyasını dəyişən balabançı doğulduğu Goranboy rayonunun Balakürd kəndində torpağa tapşırılıb.

Qədim musiqi alətinin mahir ifaçısı olan E.Məmmədov gənc yaşlarında Aşıq Şəmşir, Aşıq Murad Niyazlı, Aşıq Cahad və digər tanınmış saz ifaçılarını müşayiət edib. Azərbaycan Aşıqlar Birliyinin üzvü olan Elxan Məmmədovun adına İranda balaban məktəbi fəaliyyət göstərir. Musiqiçinin qonşu ölkədə yüzlərlə tələbəsi var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."