!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış bəstəkar kövrəldi: “Onu tez-tez yuxumda görürəm” – VİDEO

!Reklam – Yazi

Tanınmış bəstəkar Nailə Mirməmmədli mərhum həyat yoldaşı, bəstəkar Hikmət Mirməmmədlinin mahnılarından ibarət disk hazırlamaq arzusundadır.

Yenicag.az-a açıqlama verən xanım bəstəkar istəyini gerçəkləşdirə bilmədiyini də deyib:

“Hikmətin hələ işıqüzü görməyən mahnıları çoxdur. Mən onları toplayaraq disk şəklində musiqisevərlərə təqdim etmək istəyirəm. Amma bilmirəm Azərbaycanda bunu necə reallaşdırım. Deyirlər bu Türkiyədə mümkündür. Amma qardaş ölkədə disk buraxdırmaq üçün maddi vəsait lazımdır, o da məndə yoxdur”.

Həyat yoldaşından danışaraq kövrələn bəstəkar onu tez-tez yuxuda gördüyünü də deyib:

“Hikməti tez-tez yuxuda görürəm. Yoxsa ürəyim partlayar, yaşaya bilmərəm. O, çox zarafatcıl insan idi. Yuxuda da mənimlə zarafatlaşır. Yuxuda görürəm ki, evə bazarlıq edir. Səhəri gün Müəllif Hüquqları Agentliyindən zəng edirlər ki, Hikmətin mahnıları üçün yığılan qonorarları gəlin aparın. O yuxuma girəndə xeyir tapıram”.

Cəvahir

Yenicag.az

www.yenicag.az

821
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv