!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış icmalçı yeni QHT təsis etdi – QALİB

!Reklam – Yazi

15184038_10207719587847332_1358534369_oÖlkədə “Qlobal araşdırmalar liqası” İctimai Birliyi (QALİB) adı ilə yeni QHT təsis edilib.

Bu barədə saytımıza təşkilatın təsisçisi və sədri, icmalçı Azər Verdiyev özü məlumat verib. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bütün mümkün imkanların yaradıldığını deyən A.Verdiyev bu sahədə daha sistematik fəaliyyətin vacibliyini vurğuladı:

““Qlobal araşdırmalar liqası” İctimai Birliyinin əsas məqsədi ölkəmizdə, regionda və dünyada baş verən sosial, iqtisadi və mədəni proseslərə münasibət bildirməkdən, müxtəlif sahələr üzrə təhlillər aparmaqdan, eyni zamanda, müxtəlif istiqamətlər üzrə sorğular keçirməkdən ibarətdir. Azərbaycanda dünyada vətəndaş cəmiyyətinin inkişafına müsbət şərait yaradaq, demokratik dəyərlərə sadiq az sayda olan dövlətlərdəndir. Təşkilatın bütün hüquqi sənədləşməsi demək olar ki, hazırdır. Yaxın vaxtlarda müvafiq sənədləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Çox təəssüf ki, bəzən hansısa ölkədə təsis olan QHT ölkəmizlə bağlı qərəzli hesabatlar hazırlayır, müxtəlif səpkidə təxribatyönümlü bəyanatlar verirlər. Biz həm də ölkəmizin milli maraqlarını regional və beynəlxalq səviyyədə müdafiəsini qarşımıza məqsəd kimi qoymuşuq. Ölkəmizin apardığı uğurlu daxili və xarici siyasətə qarşı qərəzli mövqe tutanlara qarşı amansız mübarizə aparacağıq”

www.yenicag.az

466
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv