www.sinerjipro.net

SinerjiProWide
Reklam

Artıq ABŞ-da Donald Tramp fəaliyyətə başlayıb. Onun seçkiqabağı vədləri nəinki başqa ölkələrin siyasi xadimlərini, hətta iqtisadi dairələrini də müəyyən dərəcədə narahat edib. İnnaqurasiya mərasimində etdiyi çıxış də bu mənada narahatedici məqamlara son qoymadı. Əksinə, onun hər şeyi Amerika üçün edəcəyi devizi və xaricdə fəaliyyət göstərən ABŞ şirkətlərinin əsasən, ölkə daxilində sərmayə yatırmasına çalışacağını deməsi bir çox ölkələrdə müəyyən gərginlik yaradıb.

Bu fonda maraqlıdır, Trampın fəaliyyətə başlaması dünya iqtisadiyyatına nə vəd edir?

Müstəqil iqtisadçı-ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirdi ki, bu məsələdə optimist deyil:

Natiq Cəfərli ile ilgili görsel sonucu“Əslində, seçki dönəmindəki Trampla prezident dönəmindəki Tramp arasında ciddi fərqlər olur. Seçki dönəmi daha populist çıxışlar üçün verilən bir meydandır. Bu dövrdə daha populist çıxışlar olur ki, daha çox seçicinin səsini qazanmaq mümkün olsun. Amma real vəziyyət və fəaliyyət tamamilə fərqli olur. Amerika prezidentinin səlahiyyəti də yoxdur ki, hər hansı bir özəl şirkətə xarici ölkələrdə tikdiyi fabriklərini Amerika ərazisinə daşımaq barədə əmr versin. Bu, mümkün deyil. Sadəcə, Trampın seçkiqabağı platformasında böyük vergi güzəştləri olacağı vədi var. Doğrudan da Amerikada böyük vergi güzəştləri tətbiq olunacaqsa, gəlir vergisi vəd edildiyi kimi 35-dən 15 faizə endiriləcəksə, bu halda stimul yaranacaq və şirkətlər də xaricdəki istehsal prosesinin bir hissəsini ABŞ ərazisinə daşımaqda maraqlı olacaqlar. Lakin bu addım uzunmüddətli prosesdir. Bir, iki ilə onun tam olaraq həyata keçirilməsi mümkün deyil. Amma Trampın ilk prezidentlik fəaliyyətinin sonuna doğru bu istiqamətdə ciddi addımların atılacağını müşahidə edə bilərik.

İlkin olaraq görünən odur ki, Trampın fəaliyyətə başlaması ilə ticarət və valyuta müharibələri daha da qızışacaq. Çünki Tramp bir neçə beynəlxalq transmilli sazişlərdən Amerikanın geri çəkiləcəyini bəyan edib. Bunlar Sakit okean və Transatlantik ticarət anlaşmalarıdır. O, hətta Şimali Amerika ticarət anlaşmasından da çıxacağını bəyan edib. Bu ticarət müharibələri, gömrük rüsumları və valyuta mübarizəsini gücləndirə bilər. Yəni məzənnə ilə bağlı hər ölkə özünə uyğun siyasət yürüdə bilər ki, bu da dünya iqtisadiyyatına yaxın gələcəkdə ciddi heç nə vəd etmir. Ona görə ki, gömrük və məzənnə müharibələri obrazlı desək, dünya iqtisadiyyatında müəyyən durğunluğa, oturuşmuş sistem və əlaqələrin bir qədər zəifləməsinə gətirib çıxaracaq”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 33
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."