www.sinerjipro.net

SinerjiProWide
Reklam

gulenFETÖ terror şəbəkəsinin 15 iyul uğursuz çevriliş cəhdindən sonra dekabrın 26-na yenidən baş qaldıracağı bildirilir.

Yeniçağ.Az xəbər verir ki, Türkiyənin “Yeni Akit” qəzetinin yazarı Abdurrahman Dilipakın bugünkü məqaləsində FETÖ-nün 26 dekabr hazırlığından yazıb: “Bunlar yeni bir qurğu hazırlayırlar. “Dekabrın 26-nı gözləyin”, deyə xosunlaşırlar. Fərqindəsinizmi, şəbəkənin qadınlarına (ablalara) tam olaraq toxunulmayıb. Qadınlarda mənsubluq hissi daha güclüdür, hipnotik təsirə tez düşürlər. Camaat bu mənada sosial şəbəkələrdən və qadınlardan istifadəni davam etdirir. Təhlükəsizlik qurumları da “çənəsiboş” qadınlar vasitəsi ilə daha çox məlumat toplaya bilərlər. Həm də tək MİT deyil, hər kəs… Qadınlar hər kəs üçün açıq informasiya mənbəyidirlər. Madam onlar hər dəfə yeni tarix verirlər, mən də bir tarix deyim: apreldən sonra gününüzü görərsiniz – gözləyin və görün.

Dövlət də, FETÖ da əllərindəki kartlardan hələ tam istifadə etməyib. 2017-ci ilə şimşək kimi keçəcəyik. Hərəkətli, qaynar günlər yaşayacağıq. Məndən soruşsanız, hadisələrin inkişafı fırtınalı bir gündə, çalxalanan bir dənizdə, doğru istiqamətdə, irəliyə doğrudur”.

 

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."