yenicag.az

Tanınmış modelyer həbs edildi

Tanınmış modelyer həbs edildi

Müəllif: Redaktor

Editor

modelyergTürkiyənin məşhur modelyeri Barbaros Şansal həbs edilib.

Yenicag.az xəbər verir ki, modelyer yeni il tətili üçün getdiyi Şimali Kipr Türk Cümhuriyyətində saxlanılıb və İstanbula göndərilib.

Məlumata görə, Atatürk Hava limanında Türkiyə vətəndaşları ona hücum etməyə çalışıblar, lakin polis onların qarşısını alıb.

Barbaros əvvəlcə xəstəxanada müayinədən keçirilib, sonra İstanbul Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinə aparılıb.

O, sosial şəbəkədə Türkiyə əleyhinə görüntülərin yayımlanmasına görə ittiham edilir.

Qeyd edək ki, 2005-ci ilin may ayında Lefkoşa aeroportunda Barbaros Şansalın üzərində narkotik aşkarlanıb və buna görə onun barəsində bir aylıq həbs qərarı qəbul olunub.(Axşam.az)

Barbaros Şansal ile ilgili görsel sonucu

 

Yenicag.az

Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti