!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış müsavatçı üsyan etdi: “…Bu artiq cığallıqdır” – ÖZƏL

!Reklam – Yazi

1375292_667341269957644_1398973903_nEldəniz Yusibov: “Narazıların arqumentləri seçkidə məğlub olanların reallığı qəbul edə bilməməsinin təzahürüdür”

Müsahibimiz veteran müsavatçılardan Eldəniz Yusibovdur. Əbülfəz Elçibəy hakimiyyəti dönəmində Qəbələ rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan E.Yusibov 2003-cü ilə qədər Müsavat Partiyasının rəhbər orqanlarında çalışıb. 2003-cü ildə Hollandiyaya köçən Eldəniz Yusibov hazırda da siyasi fəaliyyətini davam etdirir. YENİCAG.AZ-ın suallarını cavablandıran Eldəniz bəylə son Müsavat qurultayını və sonrasında yaşananları müzakirə etdik.

– Müsavatda başqan dəyişikliyini necə qiymətləndirirsiniz?

– Müsavat Partiyasının 27 sentyabr qurultayını və baş verən baçqan dəyiçikliyini müsbət qiymətləndirirəm.Məlumdur ki, partiyanın nizamnaməsində bir nəfərin iki müddətdən artıq partiyanin başqanı olmasına məhdudiyyət qoyan maddəyə əsasən yeni başqanın secilməsi bir daha Müsavat Partiyasının demokratik dəyərlərə sadiqliyini sübut etmıklə yanaşı ölkənin siyasi həyatina daha bir yenilik də gətirdi.Şübhəsiz ki, musavatcıların istəyinə uygun olaraq İsa bəy yenə də partiyanıin başqani kimi qala bilərdi. Ancaq İsa bəy əsl demokratiya nümunəsi göstərdi ve namizədliyinin irəli sürülməsinə razılıq vermədi.Əminəm ki, yeni başqan Arif bəy də İsa bəy kimi M.Ə.Rəsulzadə irsinin layiqli davamçısı olacaq və Müsavat Partiyası Azərbaycanda demokratik bir cemiyyətin qurulmasına önəmli rol oynayacaq.

– Qurultay sonrası narazılıqlara münasibətiniz necədir?

– Bilirsiniz ki, hakimiyyət orqanları bir nece ildir ki Musavat Partiyasına qurultay keçirmək uçun şəhərin mərkəzində münasib yer ayırmaması səbəbindən nəhayət mərkəzdən uzaq bir yerdə və kiçik bir salonda Musavat Partiyası öz qurultayını keçirmək məcburiyyətində qaldı.Qurultayın gedişini canli izləmək şansıni bizə yaratdıgı uçun Azadlıq Radiosunun əməkdaşlarına minnətdarlıgımı bildirirəm. Məruzələr MNT hesabatı namizədlərin çixişları başqanlıga və digər seçkili orqanlara keçirilən seçkinin nəticələrinin elanı əski başqan İsa bəyin və digər başqanlıga namizədlərin seçkilərin nəticələrindən sonrakı çıxışları qurultayin demokratik prinsiplərə uygun keçirildiyinə heç bir şübhə yeri qoymur.Qurultaydan sonra narazılıq edənlərin iradları ile də tanışam. Bu iradların qurultayin demokratik keçirilməsinə şübhə salmaq cəhdi kimi qiymətləndirirəm.

– Sizcə narazıların arqumentləri nə qədər haqlıdır?

– Yuxarida qeyd etdim ki, qurultayın gedişatını tam olaraq canlı izləmişəm və qurultayın gedişatinda hansısa irada şikayətə də rast gəlinmədi. Narazıların arqumentlərinin hamısını diqqətlə oxumuşam və mənim fikrimcə, bu arqumentlər daha cox seçkidə məğlub olanların reallığı qəbul edə bilməməsinin təzahürüdür. Məsələn Əlövsət Talışxanlı partiyanin MNT-sının numayəndəsi kimi hesabatında qurultaya hazırlıqla qurultay nümayəndələrinin seçilməsi ilə baglı heç bir irad bildirmədiyi halda qurultaydan sonra belə faktların oldugunu bəyan edir və Arif Hacılını başqan kimi tanımayacagını elan edir. Bu artiq cığallıqdır. Belə olmaz. Çox bele əsassız faktlar da var. Ancaq unutmayaq ki, İdeal seşki movcüd deyil var demokratik seşki var qeyri-demokratik seçki. Müsavat Partiyası əsl demokratik seçki nümunəsi ortaya qoydu bu qurultayın demokratikliyinə şübhə salmaq cəhdləri isə Müsavatçılıq prinsiplərinə ziddir.

– İqtidarla yanaşı müxalifət partiyalarının da Müsavatdakı seçimə münasibəti Qubad İbadoğluna olan sevgidən qaynaqlanır, yoxsa Arif Hacılının onlar üçün daha çətin adam olmasındanmı?

– Bir cox ölkələrdə prezident seçkiləri həmişə digər dövlətlərin maraq dairəsində olur. Hər bir dövlət istəyir və calışır ki, seçiləcək prezident onların maraqlarına uygun olsun. Bunun üçün siyasi maddi dəstəklərini də əsirgəmirlər. Böyük siyasi partiyalarda da rəhbər dəyişikliyi her zaman həm rəqiblərin həm də müttəfiqlərin diqqət mərkəzində olur.Müttəfiq partiyalar partiyanın daha da güclü olmasını arzulasalarda rəqiblər bunun tam əksini istəyirlər. Partiya rəhbərliyinə onları qa

www.yenicag.az

735
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv