Tanınmış şair saxlanıldı

Müəllif: Redaktor

Editor

saday_shekerliTanınmış şair Saday Şəkərli saxlanılıb.

Bu barədə jurnalist Zöhrab Əmirxanlı məlumat verib.

O, bildirib ki, hazırda S.Şəkərli Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində dindirilir: “Əlim üzümdə qaldı – şair hara, korrupsiya hara? Vallah, mən tanıdığım Sadayı çırpsan, cibindən heç on manat da çıxmaz. Nə eləyəcəyimi bilmirəm…”.

Qeyd edək ki, S.Şəkərli dindiriləndən sonra həbs edilib Kürdəxanıya göndərilməsi ehtimalı var.(Aznews)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır