!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tanınmış terrorçu qadın həbs edildi

!Reklam – Yazi

 

hebsYunanıstanın Antiterror Xidməti səhər saatlarında uzun müddətdir axtarışda olan terrorçu qadın – 48 yaşlı Panayota (Pola) Rupanı həbs edib.

Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

P.Rupa tanınmış terrorçu Nikos Maziotisin həyat yoldaşıdır. O, bir sıra terror aktlarında, o cümlədən 2007-ci ildə ABŞ-ın Afinadakı səfirliyinin qumbaraatandan atəşə tutulmasında ittiham olunur. Polanın da iştirakçısı olduğu “İnqilabi mübarizə” anarxist terror təşkilatı ABŞ Dövlət Departamentinin terror təşkilatları siyahısına daxil edilib.

P.Rupa xüsusi axtarışda olan terrorçuların siyahısında olub. Pola və həyat yoldaşı N.Maziotis barədə məlumat verəcək şəxsə bir milyon avro mükafat təqdim ediləcəyi elan olunmuşdu.

Xatırladaq ki, N.Maziotis 2014-cü ildə Afinada həbs edilib.

Yenicag.Az

 

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv