yenicag.az
yenicag.az

Tanınmış vəkildən Mübariz Mənsimovla bağlı nazirə ŞOK MӘKTUB

Tanınmış vəkildən Mübariz Mənsimovla bağlı nazirə ŞOK MӘKTUB

Müəllif: Redaktor

Editor

11798171_10206713112259191_1070302026_nTanınmış hüquqşünas Aslan İsmayılov Məhkəmə-Hüquq Şöbəsinin sədri Fikrət Məmmədova ötən il ünvanladığı məktubu açıqlayıb.

Məktub məhkəmə sistemi ilə bağlı nöqsanlarla bağlı olsa da, daha da önəmlisi “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovla bağlı məqamlardır.

İctimai marağa səbəb olan həmin hissəni qısa ixtisarla yayınlayırıq:

“Bu il 17 aprel 2014-cü il tarixdə qəbuluma gələn, Türkiyə və Azərbaycanda tanınmış iş adamı Mübariz Mənsimovun həyat yoldaşı, Tamara Mənsimova bildirmişdir ki, onun xəbəri olmadan Bakı şəhəri Nizami rayon məhkəməsində mülki işə baxılmış, 3 azyaşlı uşağı olmasına baxmayaraq qısa müddətdə nigahlarına xitam verilmiş və qüvvəyə minmiş qətnamə məlumat üçün Türkiyə məhkəməsinə göndərilmişdir. T. Mənsimovaya bu cür qanunsuzluğun ola biləcəyini zənn etmədiyimi bildirsəm də, elə həmin günü etibarnamə alaraq işimə başladım. Çox çətinliklə yalnız 24 aprel tarixdə mülki işin materialları ilə tanış ola bildim. İş materiallarında olan qanunsuzluqlar, uzun illər hakimlik, prokurorluq, vəkillik təcrübəsi olan şəxs kimi, məni də təəccübləndirdi. Oradan görünürdü ki, iddia ərizəsi, tələb olunan sənədlər əlavə olunmaqla məhkəməyə 18 dekabr 2013-cü il tarixində daxil olmuş və elə həmin gün də təqdim olunmuş materiallar qanuna uyğun hesab edilərək icraata qəbul edilmişdir. 18 dekabr 2013-cü il tarixdə hakim İmran Burcayev tərəfindən yoxlanılmış və qanuni hesab olunmuş sənədlərə baxdıqda gördüklərimə inanmaq istəmirdim. Axı iddia ərizəsində qoşma kimi göstərilmiş sənədlərin hamısı ən azından 18 dekabr 2013-cü il tarixə qədər tərtib olunmalı, təsdiqlənməli idilər. Bu işdə isə bütün əlavələr 18 dekabr 2013-cü il tarixdən sonraya təsadüf edirdi. Necə ola bilər ki, 18 dekabrda qəbul olunmuş iddia ərizəsi üzrə 21 dekabr 2013-cü il tarixli dövlət rüsumunun ödənilməsi barədə bank qəbzi, 20 dekabr 2013-cü il tarixli MKİS Arayışı, 19 dekabr 2013-cü il tarixdə notariat qaydasında təsdiqlənmiş Nikah və Doğum Şəhadətnamələrinin surətləri təsdiq edilsin. İddia ərizəsini, guya 18 dekabrda məhkəməyə təqdim etmiş şəxsin etibarnaməsi isə sənədlər məhkəməyə təqdim edildikdən 6 gün sonra, 24 dekabr 2013-cü il tarixdə təsdiq edilmişdir.

Açıq görünürdü ki, 18 dekabrda məhkəməyə iddia ərizəsindən başqa heç bir sənəd təqdim edilməmiş, ancaq iddia ərizəsi əsasında, qanunsuz olaraq, mənə məlum olmayan maraqlar ucbatından, hakim tərəfindən tələsik iş icraata götürülmüş, qoşma kimi göstərilən sənədlər isə sonradan toplanmışdır. Mülki işə cavabdeh Tamara Mənsimovanı xəbərdar etmədən baxılmış, qəbul edilmiş qətnamə isə ona göndərilməmişdir.

Dövlət Sərhəd Xidmətindən aldığımız arayışdan isə görünürdü ki, Tamara Mənsimova son iki ildə, 17 aprel 2014-cü il tarixə qədər Azərbaycana gəlməmişdir.

Açıq saxtakarlıq faktları ilə bağlı 25.04.2014-cü il tarixdə saat 19:20-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinin “qaynar xətt”inə yazılı surətdə müraciət etdim. Heç bir tədbir görülmədiyindən, verdiyim şikayətə baxılmadığından, təkrarən ətraflı şəkildə 08.05.2014-cü il tarixli Ərizə ilə Sizə müraciət etdim. Heç cavab da vermədiniz.

Çox çətinliklərlə təqdim etdiyim apellyasiya şikayətinə, göstərdiyimiz qanunsuzluqlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası cəmi bir gün ərzində baxdı və 10 oktyabr 2014-cü il tarixdə apellyasiya şikayətimizi təmin etmədən, Nizami Rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxladı.

Bundan əlavə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının 22.10.2002-ci il tarixli 369-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” Müqavilənin tələblərini kobud şəkildə pozdu, çünki Mübariz Mənsimovun iddia ərizəsi Nizami rayon məhkəməsinə daxil olmamışdan xeyli əvvəl, Türkiyə məhkəmələrində məhz tərəflər arasında nikahın pozulması barədə işə baxılmasına başlanmışdır.

Fikrət müəllim, bu günə qədər də Tamara Mənsimovanı Azərbaycan məhkəmələrində baş verən özbaşnalıqları dünya mətbuatına çıxmarmamasına, bizim məhkəmələrdə qanunun tələblərinə riayət olunacağına inandırmağa çalışıram, hərçənd ki, buna ümidim çox azdır. Göstərdiyim qanunsuzluqlar dünya mətbuatına çıxacağı təqdirdə dövlətin nüfuzuna vurulan zərərin cavabını kim verəcək? Axı bu sıradan bir iş deyil. Söhbət həm də birgə nigah dövründə qazanılmış milyardlarla ABŞ dolları dəyərində əmlakın bölünməsindən gedir. Sizə ünvanladığım məktublarda da bu halı xüsusi vurğulamışdım”.

Manşet, Araşdırma, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti