!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış yazıçı biabır etdi: “Səhnəyə alt paltarında çıxır”- FOTOLAR  

!Reklam – Yazi

Dünyada ən çox kitabları satılan Azərbaycan yazıçılarından biridir. Amma əcnəbi həmkarlarından fərqli olaraq, onlar kimi dəbdəbəli həyata sahib deyil. Özünü Nobel mükafatına namizədlər sırasında görür. Bunun üçün səbəbləri də var.

Tanınmış yazıçı Natiq Rəsulzadənin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Avropada məşhur yazıçı bir kitabının satışından milyonlar əldə edir. Azərbaycan yazıçıları isə əcnəbi həmkarlarından fərqli olaraq qəpik-quruş qazanırlar. Sizcə niyə?

– Bütün dünyada kitab yayımı ilə məşğul olan mütəxəssislər var. Bizim ölkədə isə bu sistem fərqlidir. Bizə kitab yayımı ilə məşğul olan mütəxəssislər lazımdır. Çünki sistemli şəkildə bu işlə məşğul olan yoxdur.

– Yəni deyirsiniz, bu sistem tətbiq olunsa, Azərbaycan yazıçısı da bir kitabın satışından milyonlar qazana bilər?

– Bu sistem bizdə də tətbiq olunsa, 10 milyonluq əhalisi olan bir ölkədə mənim, Çingiz Abdullayev və Ramiz Rövşən kimi yazarların ən azı 7 min kitabı satılar. Yazıçının kitabı 5-7 min tirajla çıxsa, həmin yazıçı da pul qazanar, kitab yayımı ilə məşğul olan mütəxəssis də… İndi dəhşətdir, elə məşhur yazıçılarımız var ki, kitabı 300-500 nüsxədən artıq çap olunmur.

– Digər ölkələrin məşhur yazıçıları ilə müqayisə etsək, onların yaşadıqları dəbdəbəli həyatı siz də yaşaya bilirsinizmi?

– Azərbaycanda o qədər qonorar almıram axı. Amma Avropa ölkələrində kitablarım çap olunur və aldığım qonorardan narazı deyiləm.

– Bu gün Azərbaycanda hansı yazıçını Nobel mükafatına laiyq görürsünüz?

– Həmişə bu fikirdəyəm, yenə də fikrimdə qalıram ki, mükafat nə qədər böyükdürsə, tərkibində bir o qədər siyasət var. Nobel mükafatında da da çox böyük siyasət özünü göstərir. Qabriel Markes də Nobel alsın, Svetlana Alekseyeviç də? Demirəm adını çəkdiyim yazar istedadsızdır, xeyr. Amma bu da həqiqətdir ki, istedadlı yazarların çoxu kənarda qalıb.

– Maraqlıdır, Azərbaycanda kimləri Nobelə layiq görərdiniz?

– Nə deyim vallah…

– Bəlkə Çingiz Abdullayev?

– Onun adını çəksəm, deyəsəksiniz ki, dostudur, ona görə adını çəkir. Biz onunla 30 ilin dostlayırıq. İşləməyinə və istedadına görə doğrudan da Çingiz Abdullayev buna layiqdir.

– Çingiz Abdullayevdən başqa bir nəfərin də adını çəkin…

– Biri də özüm.

– Üçüncüsü bəs?

– İkisi kifayət edər məncə.

– Bəs Kamal Abdullanı o siyahıda görmürsünüz?

– Kamal Abdulla da istedadlı yazıçıdı.

– Amma Nobelə laiyq deyil?

– Yox, elə deməzdim. Layiqdir. Yeri gəlmişkən, Çingiz Abdullayev Ümumdünya Yazıçılar Təşkilatı olan “Penklub”un prezidentidir, mən də vitse-prezidenti… Şərtlərə görə, Nöbel mükafatına namızədliyi hər ölkənin öz “Penklub”u təqdim edə bilər. Ona görə də gələcəyimiz parlaqdır, səbrli olun.

– Son vaxtlar gənc yazarlar kitablarının piarı üçün müxtəlif vasitələrdən istifadə edirlər. Məsələn, bir yazar kitab təqdimatına cibində alt paltarı olan hamam xalatında qatıldı. Sözsüz ki, bu addım insanlar tərəfindən birmənalı qarşılanmadı. Bəziləri sosial şəbəkədə onu kəskin tənqid atəşinə tutdular. Sizin münasibətinizi bilmək maraqlı olardı…

– Məşhur olmaq üçün çoxları dəridən-qabıqdan çıxır. Mənim belə şeylərə münasibətim mənfidir. Əgər sən yazarsansa, öz məşhurluğunu yazdıqlarınla qazanmalısan. Amma çoxu belə düşünmür. Söhbət yalnız yazıçıdan getmir, bu, müğənni və digər sənət adamlarına da aiddir. Baxırsan ki, səhnəyə alt paltarında çıxır. Amma müğənnidirsə, öz sənəti ilə bu məşhurluğu qazanmalıdır.

– Kitabların piarı naminə əsərlərinə açıq-saçıq ad qoyanlar da az deyil…

– Sovetin qılıncının qəbzəsinin də kəsdiyi vaxtlarda, 1970-ci ildə bir kitabım çapdan çıxdı. O kitabda erotika da vardı, kriminal və digər dedektiv məqamlar da. Kitab ətrafında çox qalmaqal yarandı, mənə təzyiqlər oldu. Dissident damğası ilə məni hər tərəfdən vururdular. O zaman məni ulu öndər Heydər Əliyev xilas etdi. Sözümün canı budur ki, mənim o zaman etdiklərimi bunlar indi edir. Hünərləri vardı, o zaman yazardılar. O dövrdə yüngülvari erotikanı seks, pornoqrafiya kimi qələmə verirdilər. Həmin vaxt milyonçuları güllələyirdilər. Deyirdilər ki, bu pulları görəsən hansı yolla qazanıb? Mənim o kitabımda milyonçuların da həyatı yer almışdı. Qaldı ki, erotika və açıq-saçıq məqamlara, kitabın piyarı, satışı naminə belə vasitələrdən istifadə etməyin əleyhinəyəm. Amma əsər təbii şəkildə tələb edirsə, buna normal baxıram.

– Buna görə hətta sizi öldürməklə də hədələyirdilər?

– Öldürmək yox, amma elə vəziyyətdəydim ki, ölkədən çıxmalıydım. Çünki işləməyə qoymurdular. Onda indiki kimi deyildi.

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

5483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv