www.sinerjipro.net

SinerjiProWide
Reklam

TAP konsorsiumu (TAP AG) İtaliyanın “L`Espresso” jurnalında dərc olunan məqalənin müəllifini və nəşrin redaktorunu məhkəməyə verəcək.

Yeniçağ.Az “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə konsorsiumun bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, “L`Espresso” TAP barəsində dərc olunan xəbərin başlığında “mafiya” ifadəsini işlədib: “Konsorsiumu mafiyaya bənzətmək əsassız və qəbuledilməzdir. Konsorsium özü hüququndan istifadə edərək yaxın vaxtda məhkəməyə müraciət edəcək və təzminat tələb edəcək”.

TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: “Cənub Qaz Dəhlizi” QSC – 20%, BP – 20%, “Snam” – 20%, “Fluxys” – 19%, “Enagás” – 16%, “Axpo” – 5%.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."