www.sinerjipro.net

SinerjiProWide
Reklam

60757Bu barədə məlumat TAP-ın rəsmi saytında məlumat verilir. Məlumatda bildirilir ki, tenderə Yunanıstan və Albaniyanın ərazisindən keçəcək diametri 48 düym olan təxminən 760 kilometr uzunluğunda boru kəmərinin mühəndis, tədarük və tikinti işləri daxildir. TAP boru kəmərinin tikintisi Yunanıstanda üç, Albaniyada isə iki hissədən ibarət olacaq. Boru kəməri üzrə kompressor qurğuları, kompressor stansiyaları və böyük diametri top klapanların alınmasına dair müqavilələrin 2015-ci ilin üçüncü rübündə imzalanması planlaşdırılır.

TAP-ın satınalmalar üzrə direktoru Knut Steinar Kvindesland bildirib ki, boru kəmərinin quru hissəsinin tikintisini əhatə edən müqavilə ən böyük müqavilədir. Tenderə dəvət etmiş iddiaçıların seçilməsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə “sıfır zərər siyasəti” nümayiş etdirmə qabiliyyətinə malik olan, yüksək standartlar əsasında fəaliyyət göstərən şirkətlərə üstünlük veriləcək.

Boru kəmərinin tikintisinə 2016-cı ildən başlanılması nəzərdə tutulur.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 62
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."